ABŞ-nin keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton Ceffri Epşteyn işi ilə bağlı Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verməyə razılıq veriblər.

Postxronika.az xəbər verir ki, "The New York Times" (NYT) nəşri bu haqda məlumat yayıb.

Cütlük aylarla Komitə sədri Ceyms Komerin məhkəmə çağırışlarını rədd edərək, araşdırmanı siyasi motivli adlandırmışdı.

​Lakin Konqresə hörmətsizlik səsverməsinə sayılı günlər qalmış Klintonlar respublikaçıların tələblərinə tabe olmaq qərarına gəliblər. Bu mövqe dəyişikliyinə səbəb, bəzi demokratların da əməkdaşlıqdan boyun qaçıran cütlüyə qarşı cinayət ittihamı irəli sürülməsini dəstəkləməsi olub. Hazırda istintaq prosesinin yeni mərhələyə qədəm qoyduğu və dindirmələrin mühüm əhəmiyyət kəsb etdiyi bildirilir. Sözügedən addım ABŞ siyasi arenasında ciddi rezonans doğurub.