Azərbaycan çempionu Qarabağ FK Kiprin AEK Larnaca klubundan fransalı sol cinah müdafiəçisi Jeremi Qnali ilə 2,5 illik müqavilə imzalayıb.

Postxronika.az xəbər verir ki, 23 yaşlı oyunçu karyerası ərzində Fransa “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib. Qnali “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək və bu transfer komandanın müdafiə xəttini gücləndirməyi hədəfləyir.