Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Keçirilən əməliyyatlar nəticəsində hüquqazidd əməllərin qarşısının alınması istiqamətində növbəti uğurlu göstəricilər əldə olunub.

Postxronika.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 2-də respublika ərazisində qeydə alınan 43, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Bununla yanaşı, axtarışda olduğuna görə ümumilikdə 155, o cümlədən borclu qismində axtarılan 106 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

Əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 16, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması üzrə isə 23 fakt müəyyən edilib. Ümumilikdə cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.