Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Höybi təcavüz məhkəməsinin başlamasına sayılı günlər qalmış yeni ittihamlarla saxlanılıb.
Postxronika.az xəbər verir ki, Oslo polisi bazar günü axşam 29 yaşlı şəxsin hücum, bıçaqla hədələmə və qadağaları pozma şübhəsi ilə nəzarətə alındığını təsdiqləyib. Bu həbs Höybinin cinsi istismar və məişət zorakılığı da daxil olmaqla, 38 cinayət epizodu üzrə hakim qarşısına çıxmasından bir neçə gün əvvəl reallaşıb. Paralel olaraq, krallıq ailəsi şahzadə Mette-Maritin adının mərhum cinsi cinayətkar Ceffri Epşteynlə bağlı sənədlərdə hallanması səbəbindən ciddi gərginlik yaşayır. Ortaya çıxan elektron yazışmalar və cinayət işləri fonunda Norveç ictimaiyyətində monarxiyaya qarşı məyusluq hissi və tənqidlər güclənib.