"Ayaks"ın sıralarına yeni qoşulan Aleksandr Zinçenko sabiq klubu "Nottingem Forest" və azarkeşlərinə vida mesajı ünvanlayıb.
Postxronika.az xəbər verir ki, ukraynalı futbolçu sosial media hesabında paylaşım edərək, komandadakı atmosferdən razılığını ifadə edib və İngiltərə təmsilçisinə uğurlar arzulayıb. Qeyd edək ki, "Arsenal"a məxsus olan 29 yaşlı müdafiəçi ötən ilin sentyabrından icarə əsasında "meşəbəyilər"in şərəfini qoruyurdu. O, bu müddətdə iştirak etdiyi 10 oyunda fərqlənə bilməsə də, karyerasını mövsümün sonuna qədər Amsterdam klubunda davam etdirəcək.