Almaniya hüquq-mühafizə orqanları ölkə ərazisində Rusiya müdafiə sənayesinə qanunsuz dəstək verən cinayətkar qruplaşmanı zərərsizləşdirib. Federal prokurorluq Avropa İttifaqının sanksiyalarını kobud şəkildə pozaraq hərbi təyinatlı malların ixracını təşkil edən beş nəfərin saxlanıldığını bəyan edib.
Postxronika.az xəbər verir ki, istintaq materiallarına əsasən, şübhəlilər 2022-ci ilin fevralından bəri Rusiya dövlət qurumlarının sifarişi ilə ümumi dəyəri 30 milyon avro olan 16 minə yaxın gizli göndəriş həyata keçiriblər. İttiham aktında qeyd olunur ki, saxlanılan şəxslər qadağan olunmuş avadanlıqların sərhəddən keçirilməsini təmin ediblər. Məsələ ilə bağlı Berlindəki Rusiya səfirliyi hələlik rəsmi açıqlama verməkdən yayınıb.