Avstraliyanın cənub-qərb sahillərində istirahət edən ailənin dənizdə köməksiz vəziyyətə düşməsi 13 yaşlı uşağın misilsiz fədakarlığı ilə xoşbəxt sonluqla bitib.
Postxronika.az xəbər verir ki, güclü külək səbəbindən qayığı batan yeniyetmə dörd saat ərzində 4 kilometr məsafəni üzərək quruya çıxıb və kömək çağırmaq üçün daha 2 kilometr qaçıb. Onun verdiyi dəqiq məlumatlar sayəsində hərəkətə keçən xilasedicilər sahildən təxminən 14 kilometr uzaqlıqda, avarçəkmə taxtasına sığınmış ana və digər iki uşağı sağ-salamat təxliyə ediblər.