Meksika Prezidenti Klaudiya Şeynbaum Vaşinqtonun sərt təzyiqlərinə rəğmən, enerji böhranı yaşayan Kubaya humanitar dəstəyin davam etdiriləcəyini bəyan edib.
Postxronika.az xəbər verir ki, dövlət başçısı Donald Trampın sanksiya hədələrinə baxmayaraq, rəsmi Mexikonun adaya yanacaq çatdırmaq üçün bütün diplomatik imkanları araşdırdığını bildirib. Şeynbaum ABŞ liderinin "neft tədarükünün dayandırılmasına dair razılıq əldə olunub" iddiasını qətiyyətlə təkzib edərək, bu mövzunun müzakirə masasında olmadığını vurğulayıb. Hazırda Havananın əsas enerji təchizatçısı rolunu oynayan Meksikanın bu prinsipial mövqeyi Ağ Evlə onsuz da gərgin olan münasibətləri yeni bir sınaq qarşısında qoyur.