Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Paytaxt ərazisində keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin satışını təşkil edən şəxslər ifşa olunublar.
Postxronika.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xəqani Həmzəyev və Kənan Quliyev saxlanılıb. Onlardan ümumilikdə 26 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və araşdırmalar davam etdirilir.