Romantik komediya janrının tanınmış rejissoru Nancy Meyers 11 ildən sonra böyük ekrana yeni filmi ilə qayıdır. "The Holiday", "Something’s Gotta Give" və "It’s Complicated "filmlərinin müəllifi olan Meyers'in yeni rom-komu 2027-ci il Milad günündə nümayiş olunacaq.

''Variety''nin məlumatına görə, filmdə Kieran Kalkin, Penelopa Kruz, Cud Lou, Ouen Uilson və Emma Meki rol alacaq. Layihənin adı hələlik ''Warner Bros'' tərəfindən açıqlanmır. Məlumata görə, film əvvəlcə ''Netflix'' üçün nəzərdə tutulan və kino sənayesi fonunda cərəyan edən Paris, Paramount layihəsinin yenilənmiş versiyasıdır.

Meyers daha əvvəl bildirib ki, film “film ərsəyə gətirən insanlar və bu prosesin sehri və sirri” haqqındadır. Süjet gənc ssenarist-rejissorla prodüser arasındakı münasibəti, onların həm peşəkar, həm də şəxsi ayrılıqdan sonra yenidən eyni layihədə bir araya gəlməsini mərkəzə alır. Nensi Meyersı'in Hollivuda bu dönüşü, kinosevərlər üçün 2027-ci ilin ən gözlənilən layihələrindən biri hesab olunur.