Böyük Britaniyanın Baş naziri Kir Starmer Ceffri Epşteynlə bağlı yayılan yeni iddialara sərt reaksiya verib. 

Postxronika.az "Reuters"ə istinadən xəbər verir ki, hökumət rəhbəri məxfi məlumatların Epşteynə ötürülməsi barədə xəbərləri "biabırçılıq" adlandırıb. Baş nazir bu cür hərəkətlərin qəbuledilməz olduğunu vurğulayaraq məsələnin ciddiyyətinə diqqət çəkib və dövlət sirri təşkil edən informasiyaların qorunmasının vacibliyini önə çəkib.