Stiven Spilberq 2026-cı il “Grammy” mükafatlarında qazandığı qələbə ilə "EGOT'' statusuna layiq görülüb. Rejissor ötən il ''Disney+'' platformasında yayımlanan ''Music By John Williams'' sənədli filminə görə “Ən yaxşı musiqi filmi” nominasiyasında mükafat alıb və bununla da Emmy, Grammy, Oskar və Toni mükafatlarının hamısını qazanan nadir sənətçilər sırasına qoşulub.
Bu nailiyyətlə Spilberq Rita Moreno, Odri Hepbern, Mel Bruks, Elton Con, Vupi Qoldberq və Viola Devis kimi ''EGOT'' sahibləri ilə eyni siyahıda yer alıb. Qeyd edək ki, o, ''Grammy'' mükafatından əvvəl artıq dörd “Emmy”, bir “Tony” və üç “Oscar” qazanmışdı. Hazırda isə Xloi Çjaonun ''Hamnet'' filmi üzrə prodüser kimi dördüncü “Oscar”a namizədliyi gündəmdədir. Spilberq mükafatı qəbul edərkən diqqəti uzun illərdir birgə çalışdığı bəstəkar Con Uilyamsa yönəldib və bildirib ki, bu təltif Uilyamsın musiqi və mədəniyyətə ölçüyəgəlməz təsirinin təsdiqidir.
2026-cı il “Grammy” mərasimində kino ilə bağlı digər mükafatlar da təqdim olunub. Rayan Kuqlerin ''Sinners'' filmi ən yaxşı saundtrek və musiqi nominasiyalarında qalib gəlib. ''KPop Demon Hunters'' layihəsi “Golden” mahnısı ilə vizual media üçün yazılmış ən yaxşı mahnı üzrə K-pop janrında ilk “Grammy”ni qazanıb. Sintiya Erivo və Ariana Qrande isə ''Wicked'' filmindəki “Defying Gravity” duetinə görə mükafata layiq görülüb.