Turkiyə Super Liqasında “Fənərbaxça” klubu dünya futbolunun tanınmış yarımmüdafiəçisi N’Golo Kanté ilə 2,5 illik müqavilə imzalayıb və transfer rəsmi şəkildə tamamlanıb.
Postxronika.az xəbər verir ki, 34 yaşlı fransalı futbolçu Al-Ittihad klubundan İstanbul klubuna keçib və müqavilə 2028-ci ilin yayına qədər etibarlı olacaq.