"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Rusiya, Ukrayna və Fələstində davam edən siyasi gərginliklərə və insan itkilərinə biganə qala bilmədiyini açıqlayıb.

Postxronika.az xəbər verir ki, "The Athletic" nəşrinə danışan ispaniyalı mütəxəssis jurnalistlərin uzun illərdir bu mövzulardan yan keçməsini tənqid edərək, dünyadakı faciələrin ona dərindən təsir etdiyini bildirib.

Təcrübəli çalışdırıcı hər gün minlərlə günahsız insanın, o cümlədən uşaqların öldürülməsini izləməyin dözülməz olduğunu vurğulayıb.

O, dağılan ailələrin fotolarını görüb mərhəmət hissi keçirməyən insanları anlamaqda çətinlik çəkdiyini qeyd edib.

Qvardiola kimin haqlı olmasından asılı olmayaraq, başqasına zərər arzulamağın və yaşanan dəhşətlərin onu çox incitdiyini etiraf edib.