"Transfermarkt" portalı 2026-cı ilin qış pəncərəsində reallaşan ən yüksək ödənişli futbolçu keçidlərinin siyahısını açıqlayıb.
Postxronika.az xəbər verir ki, reytinqin zirvəsində 72 milyon avro qarşılığında "Bornmut"dan "Mançester Siti"yə yollanan Antuan Semenyo qərarlaşıb.
Siyahının ikinci pilləsini 49,7 milyon avroya "Kristal Pelas"a keçən Yörgen Strand Larsen, üçüncü yeri isə "Flamenqo"ya 42 milyon avroya transfer olunan Lukas Paketa tutub.
Həmçinin Konor Qallagerin "Tottenhem"ə (40 milyon avro) və Ademola Lukmanın "Atletiko"ya (35 milyon avro) keçidləri də ilk onluqda xüsusi diqqət çəkib.