"Los Anceles Lakers"in ulduzu LeBron Ceymsin oğlu Brays Ceyms "Arizona Wildcats" klubunda cari çempionatı buraxmaq qərarına gəlib.
Postxronika.az xəbər verir ki, "Sports Illustrated" nəşrinə istinadən, gənc basketbolçu gələcək karyerasını sığortalamaq və fiziki inkişafına tam diqqət ayırmaq məqsədilə 2025-26 mövsümündə oynamayacaq.
Komandanın baş məşqçisi Tommi Lloyd bu addımın idmançının potensialını artırmaq üçün hesablanmış strateji bir gediş olduğunu vurğulayıb.
Mütəxəssis hələ debüt etməyən kiçik Ceymsin sistemə tam uyğunlaşdıqdan sonra "Arizona"nın uğurlarına böyük töhfə verəcəyinə inandığını bildirib.