"Everton"un futbolçusu Duayt Maknilin "Kristal Pelas"a keçidinin baş tutmaması böyük qalmaqala səbəb olub.

Postxronika.az xəbər verir ki, yarımmüdafiəçinin sevgilisi Meqan Şarpli London klubunu oyunçunun ruhi sağlamlığına laqeyd yanaşmaqda və onu aldatmaqda günahlandırıb.

Tibbi müayinədən uğurla keçən və 4,5 illik müqavilə vəd edilən ulduzun transferi qarşı tərəfin sənədləşməni vaxtında bitirə bilməməsi ucbatından son anda ləğv edilib.

Xanım Şarpli sosial şəbəkə hesabında heç bir rəsmi izahat verilmədən əlaqənin qəfil kəsilməsini qəddarlıq adlandıraraq, rəhbərliyin insan hissləri ilə oynadığını bildirib.

O, yüksək məvacib aldıqları üçün gənc idmançıların mənəvi sarsıntılarının görməzdən gəlinməsini qəbuledilməz və ədalətsiz hal kimi qiymətləndirib.