Yaponiyada yaşayan Şoci Morimoto özünü “kirayəlik dost” kimi təqdim edir və insanlara sadəcə yoldaşlıq etmə, dinləmə və yanında olma xidməti göstərir.

Postxronika.az xəbər verir ki, bu xidmətin ən diqqətçəkən cəhəti isə Morimotonun heç bir məsləhət, yönləndirmə və ya həll təklif etməməsidir.

O, qarşısındakı insanı mühakimə etmədən dinləyir, şərh vermir və müdaxilə etmir. Sadəcə orada olur. Buna baxmayaraq, bu sadə xidmətin ona illik təxminən 80 min dollar qazandırdığı bildirilir.

Mütəxəssislər bu maraqlı peşənin xüsusilə böyük şəhərlərdə artan tənhalıq hissini və insanların həll yollarından daha çox anlaşılmağa, eşidilməyə və varlıqlarının fərq edilməsinə ehtiyac duyduğunu göstərdiyini vurğulayırlar. Morimotonun hekayəsi müasir həyatda insan təmasının nə qədər dəyərli hala gəldiyini göstərir.