ABŞ məhkəməsi "Tesla" və İlon Maskın "Blade Runner 2049" filminin istehsalçıları tərəfindən qaldırılan müəllif hüquqları iddiasından yayınmasının mümkün görünmədiyini açıqlayıb.
Postxronika.az "Reuters"ə istinadən xəbər verir ki, hakim şirkətin iddianın rədd edilməsi barədə vəsatətini qəbul etməyəcəyi mesajını verib.
Mübahisəyə səbəb "Tesla"nın "Cybercab" təqdimatı zamanı filmdəki səhnələrə bənzər görüntülərdən istifadə etməsidir. Filmin hüquq sahibi olan "Alcon Entertainment" şirkəti "Tesla"nın rəsmi icazə istədiyini, lakin rədd cavabı almasına baxmayaraq, süni intellekt vasitəsilə yaradılmış oxşar görüntüləri tədbirdə nümayiş etdirdiyini bildirib. Hakim "Alcon"un arqumentlərini əsaslı sayaraq məhkəmə prosesinin davam etdirilməsinə işarə edib.