Britaniyanın keçmiş naziri Sacid Cavid "Evin Rəngi" adlı yeni nəşrində 1970-ci illərdəki uşaqlığı və məruz qaldığı ayrı-seçkilikdən bəhs edir. Lakin müəllifin struktur problemlərini görməzdən gələrək, azlıqların uğur qazanmaq üçün sadəcə daha çox çalışmalı olduğunu vurğulaması birmənalı qarşılanmayıb.
Postxronika.az xəbər verir ki, tənqidçilər bu yanaşmanı Suella Braverman kimi fiqurların etnik kimliyindən istifadə edərək sərt immiqrasiya siyasətlərini pərdələməsi ilə müqayisə edirlər. Onların fikrincə, hökumətdə ağdəril olmayan şəxslərin təmsil olunması irqçi zərərləri azaltmır, əksinə rejimi ittihamlardan qoruyur.
Kitabda Naycel Farajın elit təhsili ilə irqçi ritorika arasındakı əlaqəyə toxunulsa da, Cavidin özünün Mühafizəkarlar partiyasındakı fəaliyyəti barədə susması ciddi nöqsan kimi qiymətləndirilir. Siyasətçinin "Böyük Ev"dəki həyatını təsvir edən bu xatirələri nostaljidən çox, Britaniyanın gələcəyi üçün xəbərdarlıq xarakteri daşıyır.