Jeffrey Epstein-in ölümündən cəmi 48 saat əvvəl yazdığı vəsiyyəti üzə çıxıb. Bu vəsiyyətdə Epstein-in mirasını kimlərə buraxdığına dair adlar yer alır. 


Postxronika.az "Haber Global" a istinadən xəbər verir ki, Jeffrey Epstein-in 10 avqust 2019-cu ildə baş verən qəfil ölümündən cəmi 48 saat əvvəl imzaladığı “The 1953 Trust” adlı sənəddə miras buraxdığı şəxslər qeyd olunub.

8 avqust tarixli bu sirli vəsiyyət Epstein-in yüz milyonlarla dollar dəyərində olan nəhəng sərvətinin hüquqi proseslər tamamlanmadan və ya dövlətin müsadirə ehtimalı yaranmazdan əvvəl necə sürətlə bölüşdürüldüyünü açıq şəkildə göstərir.