Ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətindən Postxronika.az-a daxil olan məlumata əsasən, fevralın 5-də keçirilən əməliyyat tədbirləri ilə ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam edir.