Bakının Binəqədi rayonunda yerləşən təhsil müəssisələrinin birində silahlı insident qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Postxronika.az-a verilən məlumata görə, hadisə bu gün saat 09 radələrində Binəqədi rayonunda fəaliyyət göstərən özəl “İdrak” liseyinin qarşısında baş verib.

Məlumata əsasən, həmin məktəbin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə liseyə gələrək, orada müəllim işləyən Ş.K.-ya xəsarət yetirib.

Polis əməkdaşlarının çevik müdaxiləsi nəticəsində Ə.Ş. saxlanılıb. Ondan cinayət aləti olan ov silahı götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.