Amazon platformasında Böyük Britaniya Kralı III Çarlzın fəlsəfi baxışlarına və ekoloji fəaliyyətinə həsr olunmuş yeni sənədli film yayımlanıb.

Postxronika.az xəbər verir ki, "Harmoniyanı tapmaq: Kralın vizyonu" adlanan ekran əsəri monarxın ətraf mühitlə bağlı illər öncə etdiyi xəbərdarlıqların bu gün necə təsdiqini tapdığını nümayiş etdirir.

Məşhur aktrisa Keyt Uinsletin səsləndirdiyi layihədə Çarlzın vaxtilə "qəribə" adlandırılan fikirlərinin əslində uzaqgörənlik olduğu vurğulanır. Lakin filmdə digər ekoloqların əməyinin kölgədə qalması və kralın yeganə xilaskar kimi təqdim edilməsi tənqidçilər tərəfindən birmənalı qarşılanmayıb. Ekran işində həmçinin təbiətlə harmoniya və kainatın riyazi qanunauyğunluqları kimi mübahisəli fəlsəfi mövzulara da geniş yer ayrılıb. Melaniya Trampın layihəsindən sonra atılan bu addım Amazon-un nüfuzlu fiqurlara tribuna vermək siyasətinin davamı kimi qiymətləndirilir.