Qərbi Avropa cəmiyyəti transatlantik əlaqələrdən daha çox qitənin müstəqilliyini və dəyərlərini üstün tutaraq Donald Trampın siyasətinə sərt reaksiya verib.

Postxronika.az xəbər verir ki, "YouGov"un son sorğusuna əsasən, Ağ Ev rəhbərinin Qrenlandiyanı almaq istəyi müttəfiq ölkələrdə ABŞ-yə olan rəğbəti son on ilin ən aşağı səviyyəsinə salıb.

Danimarka başda olmaqla bir çox dövlətdə Vaşinqtonu artıq dost hesab etməyənlərin sayı kəskin artıb.

Respondentlər müdafiə sahəsində Amerikadan asılılığı qəbul etsələr də, Trampı razı salmaq üçün fundamental prinsiplərdən keçmək niyyətində deyillər.

Sorğu nəticələri göstərir ki, avropalılar üçün prioritet məsələ okeanın o tayı ilə ittifaqı qorumaq yox, öz siyasi muxtariyyətlərini saxlamaqdır.