Bakıda dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib. 

Postxronika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1993-cü il təvəllüdlü Fərhad Əliyev və 1996-cı il təvəllüdlü Nailə Mustafayeva yaşadıqları evdə dəm qazından boğularaq dünyalarını dəyişiblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.