Avropanın müxtəlif guşələrində kütləvi turist axınından uzaq, lakin zəngin tarixi və mədəni irsi ilə seçilən nadir sənət ocaqları fəaliyyət göstərir.
Postxronika.az xəbər verir ki, Kann yaxınlığındakı Mugins kəndində yerləşən muzey Frida Kahlo və Treysi Emin kimi yalnız qadın rəssamların əsərlərini nümayiş etdirməsi ilə fərqlənir.
Amsterdamın mərkəzində isə Reformasiya dövründə katoliklər üçün gizli ibadət yeri kimi yaradılan "Çardaqdakı Rəbbimiz" kilsəsi öz intim atmosferini bu günə qədər qoruyub saxlayır.
Bununla yanaşı, Berlindəki Kete-Kolvits muzeyi rəssamın sosialist baxışlarını və dövrün siyasi faciələrini əks etdirən təsirli qravüra kolleksiyasına malikdir.
Sözügedən məkanlar ziyarətçilərə həm estetik zövq, həm də fərqli tarixi təcrübə bəxş edir.