Pakistanın paytaxtı İslamabadda məsciddə güclü partlayış baş verib. 

Postxronika.az xəbər verir ki, hadisə cümə namazı vaxtı şəhərin kənarındakı şiə məscidində qeydə alınıb.

Partlayış nəticəsində azı 12 nəfərin həlak olduğu, onlarla insanın isə yaralandığı bildirilir. Hadisə yerinə dərhal çox sayda təcili yardım və polis qrupları cəlb olunub. Hələlik  hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.