''Predator: Badlands'' filminin rejissoru Dan Trachtenberg üç illik ilk baxış (first-look) rejissorluq və prodüserlik müqaviləsi imzalayıb. O, prodüser tərəfdaşı Ben Rosenblatt ilə birlikdə ''Paramount'' üçün yeni layihələr hazırlayacaq, rejissorluq və prodüserlik edəcək.
Trachtenberg 2016-cı ildə 10 Cloverfield Lane filmi ilə ''Paramount''la ilk işini görmüşdü. Şirkətin rəhbərləri Josh Greenstein və Dana Goldberg onu studiyaya qoşulması ilə bağlı məmnunluqlarını ifadə ediblər. Trachtenberg isə açıqlamasında deyib: “Uşaq ikən Paramount loqosunu görüb epik sərgüzəştləri xəyal edirdim. İndi isə bu hekayələri böyük ekranlara gətirmək fürsəti mənim üçün yuxunun gerçəkləşməsidir.”
''Predator: Badlands'', franşiza tarixində ən yüksək gəlir əldə edən film olub. Belə ki, dünya üzrə 184,5 milyon dollar qazandırıb və 2004-cü il "Alien vs. Predator'' rekordunu keçib. Trachtenberg əvvəlcə 2022-ci ildə ''Prey'', sonra animasiya filmi ''Predator: Killer of Killers'' və ''Badlands'' ilə franşizanı canlandırıb.