Birləşmiş Millətlər Təşkilatının (BMT) bir qrup eksperti Böyük Britaniya və Fransa hökumətlərini mübahisəli "bir daxil, bir xaric" sığınacaq sistemini dərhal dayandırmağa çağırıb.
Postxronika.az xəbər verir ki, beynəlxalq qurumun nümayəndələri bu sxemin insan hüquqlarını ciddi şəkildə pozduğunu və qaçqınlar üçün həyati təhlükə yaratdığını bəyan ediblər. Rəsmi London və Parisə ünvanlanan xəbərdarlıq məktubunda sığınacaq axtaran şəxslərə, o cümlədən uşaqlara və insan alveri qurbanlarına qarşı qəddar, ləyaqəti alçaldan rəftarın sənədləşdirildiyi vurğulanıb. Mütəxəssislər beynəlxalq qanunlara zidd olan bu razılaşmanın ləğvini və miqrasiya siyasətinin insan hüquqlarına hörmət çərçivəsində qurulmasını tələb edirlər.