"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunda "Əl-İttihad"la qarşılaşmada iştirak etməyəcək.

Postxronika.az xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, portuqaliyalı futbolçunun adı oyunun iştirak ərizəsinə daxil edilməyib. Məlumata görə, 41 yaşlı kapitan klub rəhbərliyinə etiraz əlaməti olaraq meydana çıxmaqdan imtina edib. Ronaldonun narazılığına səbəb qış fasiləsində yeni transferlərin edilməməsi və ona yaxın olan idarəçilərin, o cümlədən baş direktor Xose Semedonun vəzifədən uzaqlaşdırılmasıdır. Klub rəsmiləri bütün cəhdlərə baxmayaraq, təcrübəli qoleadoru komandaya kömək etməyə razı sala bilməyiblər.