UFC-nin yüngül çəkidə çıxış edən tanınmış döyüşçüsü Maykl Çandler britaniyalı Paddi Pimblettə məğlubiyyətini şərh edərək onunla yenidən üz-üzə gəlmək istədiyini açıqlayıb.
Postxronika.az xəbər verir ki, amerikalı idmançı həmin qarşılaşmaya zədə səbəbindən tam hazırlaşa bilmədiyini və reabilitasiyadan dərhal sonra rinqə çıxdığını bildirib. O, nümayiş etdirdiyi performansı bəyənmədiyini və özünü əsl potensialının "kölgəsi" kimi hiss etdiyini vurğulayıb. Qeyd edək ki, 2025-ci ilin aprelində UFC 314 turnirində texniki nokautla uduzan Çandler bununla karyerasında ardıcıl üçüncü məğlubiyyətini alıb.