Kanada ABŞ Prezidenti Donald Trampın ərazi iddiaları fonunda Qrenlandiya ilə həmrəylik nümayiş etdirərək adada ilk diplomatik missiyasını işə salır.

Postxronika.az xəbər verir ki, general-qubernator Meri Saymon və xarici işlər naziri Anita Anandın iştirakı ilə Nuuk şəhərində ölkənin rəsmi konsulluğu açılacaq. Bu addım rəsmi Ottavanın Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququna verdiyi siyasi dəstəyin bariz nümunəsidir. Fransa ilə eyni vaxtda reallaşan bu təşəbbüs həm də regionda tarixi əlaqələrin və Arktika təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Qeyd edək ki, Ağ Ev rəhbəri Danimarkanı tənqid edərək adanın ABŞ-ın nəzarətinə keçməsinin vacibliyini dəfələrlə vurğulayıb.