İran və ABŞ arasında nüvə proqramının gələcəyi ilə bağlı Omanda keçirilən dolayı danışıqlar diplomatik təmasların davam etdirilməsi barədə əldə olunan razılıqla yekunlaşıb.

Postxronika.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi səkkiz saatlıq görüşü "yaxşı başlanğıc" adlandırıb və dialoqun təhdidlərdən uzaq mühitdə aparılmasının vacibliyini vurğulayıb. Omanın vasitəçiliyi ilə baş tutan müzakirələrdə ABŞ nümayəndə heyətinə Stiv Vitkoff və Cared Kuşner rəhbərlik edib. Tərəflər arasında etimadın aşağı səviyyədə olmasına baxmayaraq, rəsmi Tehran danışıqların yalnız nüvə mövzusu ilə məhdudlaşmasında və regional məsələlərin müzakirəyə çıxarılmamasında israrlıdır. Hərbi gərginlik və İrandakı daxili etirazlar fonunda reallaşan bu görüş diplomatik həll yollarının tapılması üçün kritik addım hesab olunur.