İspaniya futbolunun canlı əfsanələrindən biri Serxio Ramos peşəkar futbolçu karyerasını bitirmək istədiyini açıqlayıb. 

Postxronika.az xəbər verir ki, Ramos karyerası ərzində “Real Madrid”, PSJ və İspaniya millisində çıxış edib, çoxsaylı La Liqa, Çempionlar Liqası və dünya çempionluğu titulları qazanıb. O, liderliyi, həlledici qolları və xarakteri ilə futbol tarixində iz qoyan müdafiəçilərdən biridir.