Cəlilabad rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı avtomobili narkotik və psixotrop maddələrin təsiri altında idarə edən sürücü aşkarlanıb.

Postxronika.az xəbər verir ki, rayon ərazisində hərəkətdə olan "Vaz 2106" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Zamiq Səfərovun narkotik vasitədən istifadə etməsinə şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin psixotrop maddə olan metamfetamin və marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Z.Səfərov barəsində qanunamüvafiq tədbir görülüb və o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.