"Krasnodar"ın kapitanı Eduard Spertsyan İngiltərənin "Lids Yunayted" klubunun əsas transfer hədəflərindən birinə çevrilib. Britaniya təmsilçisi 25 yaşlı yarımmüdafiəçini komandanın uzunmüddətli inkişaf strategiyası üçün ideal namizəd hesab edir.

Postxronika.az xəbər verir ki, Rusiya klubu ilə birbaşa danışıqların yaratdığı potensial çətinlikləri nəzərə alan "Lids"in səhmdarı "Red Bull" işə qarışa bilər. Şirkət, sanksiyalardan yan keçmək məqsədilə futbolçunu əvvəlcə öz himayəsindəki digər komandalardan birinə transfer etməyi planlaşdırır. Bu "dolayı yol" vasitəsilə hüquqi maneələr aradan qaldırıldıqdan sonra Spertsyanın İngiltərəyə keçidi rəsmiləşəcək.