Rejissor Trevis Nayt bildirir ki, "Masters Of The Universe" filmindəki Skeletor obrazı “zəhərli maskulinliyin təcəssümüdür”. Onun sözlərinə görə, obraz orijinal cizgi serialındakı kimi təqdim olunub və bu yanaşma qəsdən dəyişdirilməyib.
Nayt Skeletoru həm qorxulu, həm də ironik cizgiləri olan mürəkkəb cani kimi xarakterizə edir. “O, eyni zamanda gülməlidir, təhlükəlidir və daxilən güvənsizdir. Üstəlik, çox fərqli səsi var,” deyə rejissor qeyd edib. Obrazı canlandıran Cared Leto'nun personaja xüsusi marağı və şəxsi baxışı rolun formalaşmasında əsas amil olub.
Rejissor vurğulayıb ki, film Skeletor'u əvvəlki ssenari versiyalarında nəzərdə tutulan qızıl maska ilə deyil, klassik “kəllə üz”ü ilə təqdim edir. “Skeletor'un üzü kəllədir. Bu, dəyişdiriləsi şey deyil.”
Film orijinal personaja sadiq qalmaqla Skeletoru müasir oxunuşla təqdim edir və onun aqressiv, hakimiyyətə meyilli xarakterini ön plana çıxarır.