PFL-in yüngül çəki üzrə çempionu Usman Nurməhəmmədov titulunu britaniyalı döyüşçü Alfie Davisə qarşı müdafiə edəcək. Döyüş 7 fevral 2026-cı il tarixində Dubayda “PFL Road to Dubai” turniri çərçivəsində keçiriləcək.
Postxronika.az xəbər verir ki, məğlubiyyətsiz seriyaya sahib olan Usman Nurməhəmmədov bu qarşılaşmaya favorit kimi çıxır. Alfie Davis isə avqustda qazandığı mühüm qələbədən sonra titul döyüşü şansı əldə edib. Qarşılaşma gecənin əsas döyüşü olacaq.