Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya ilə müharibəni iyun ayına qədər yekunlaşdırmaq niyyətində olduğunu bəyan edib. Dövlət başçısı tərəflərin gələn həftə Birləşmiş Ştatlarda, ehtimal ki, Mayamidə yeni danışıqlar raundu üçün dəvət edildiyini bildirib.
Postxronika.az xəbər verir ki, Vaşinqton daxili siyasi amilləri əsas gətirərək sülh prosesini yaya qədər tamamlamağa tələsir. Zelenski liderlər səviyyəsində üçtərəfli görüşün mümkünlüyünün müzakirə edildiyini, lakin ərazi güzəştləri kimi mürəkkəb mövzuların hələ də həllini tapmadığını vurğulayıb.