ABŞ Prezidenti Donald Tramp sosial media hesabında sələfi Barak Obama və xanımını meymun cildində təsvir edən təhqiramiz videonu paylaşaraq böyük qalmaqala səbəb olub. Ağ Ev rəhbəri tənqidlərdən sonra görüntünü silsə də, kadrların həmin hissəsini görmədiyini əsas gətirərək üzr istəməkdən imtina edib.

Postxronika.az xəbər verir ki, Respublikaçı senator Tim Skottun "Ağ Evdə gördüyüm ən irqçi hadisə" adlandırdığı bu paylaşım demokratların da sərt qəzəbinə tuş gəlib. Prezident köməkçilərinə videonun yalnız əvvəlini izlədikdən sonra yayım tapşırığı verdiyini bildirsə də, siyasi elita bu addımı ölkəni alçaldan davranış kimi qiymətləndirib.