Dünyaca məşhur "3 Doors Down" rok qrupunun qurucusu və baş vokalisti Bred Arnold 47 yaşında həyatını itirib. 

Postxronika.az xəbər verir ki, musiqiçinin ölüm xəbərini ailəsi təsdiqləyib.

Məlumata görə, "Kryptonite", "Here Without You" və "When I'm Gone" kimi hit mahnıları ilə tanınan sənətçi Missisipidəki evində ölü tapılıb. Arnoldun ölüm səbəbi rəsmi olaraq açıqlanmasa da, musiqi dünyası və pərəstişkarları bu itkini böyük üzüntü ilə qarşılayıblar. Qrup yoldaşları və sənət dostları onun rok musiqisinə verdiyi töhfələri və unikal səsini xatırladaraq ailəsinə başsağlığı veriblər. Bred Arnold 20 ildən artıq davam edən karyerası boyu qrupun əvəzolunmaz siması və əksər mahnılarının müəllifi idi.