ABŞ-nin tanınmış xəbər aparıcısı Savanna Qutri və bacı-qardaşları Arizonada müəmmalı şəkildə yoxa çıxan anaları Nensi Qutrinin sağ-salamat qaytarılması üçün video müraciət yayıblar.
Postxronika.az xəbər verir ki, cinayətkarların mesajını aldıqlarını təsdiqləyən ailə, analarının azadlığı müqabilində tələb olunan əvəzi ödəməyə hazır olduqlarını bəyan edib. Tuson şəhərindəki evindən zorla aparıldığı ehtimal edilən qadının mənzilindəki müşahidə kamerası sökülüb və üzərindəki ürək aparatının şəbəkə ilə əlaqəsi kəsilib. Hazırda FTB mediaya daxil olan fidyə məktublarını araşdırır, iddialara görə isə oğrular milyonlarla dollar dəyərində kriptovalyuta istəyirlər.