İngiltərənin "Mançester Yunayted" klubu "Yuventus"un əsas simalarından sayılan Manuel Lokatellini heyətinə qatmaq niyyətindədir.
Postxronika.az xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı kapitanı satmağa həvəsli olmasa da, "qırmızı şeytanlar"ın yüksək maliyyə təklifi keçidi reallaşdıra bilər. Cari mövsümdə 31 matçda iştirak edən italyan yarımmüdafiəçinin klubla müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Bazar dəyəri 25 milyon avro qiymətləndirilən futbolçunun Premyer Liqada oynamaq şansı müzakirə mövzusudur.