Amerika Rejissorlar Gildiyası (DGA) 2026-cı il mükafat mərasimində ötən ilin ən yaxşı film, televiziya və reklam rejissorlarını təltif edib. Beverly Hilton'da keçirilən mərasimdə əsas mükafatı Pol Tomas Anderson ''One Battle After Another'' filminə görə qazanıb.


Ən yaxşı bədii film üzrə rejissor nominasiyasında Anderson'la yanaşı Ryan Kaqler  (Sinners), Guillermo del Toro (Frankenstein), Coş Safdi (Marty Supreme) və Kloyi Zao (Hamnet) də namizəd idi. DGA mükafatı adətən “Oscar”ın ən yaxşı rejissor kateqoriyası üçün əsas göstəricilərdən biri sayılır.


Mükafatı alarkən duyğusal çıxış edən Anderson 2024-cü ilin noyabrında xərçəngdən vəfat etmiş rejissor Adam Somner'i xüsusi ehtiramla yad edib.


Gecə ərzində debüt rejissorlar, televiziya kateqoriyaları üzrə qaliblər də açıqlanıb, həmçinin Devid Çarlz Qreqori Mekkollum xüsusi mükafatlarla təltif olunublar. Bu mərasim eyni zamanda sentyabrda seçilmiş yeni DGA prezidenti Kristofer Nolan'ın rəhbərliyi altında keçirilən ilk tədbir olub.