Ölkə ərazisində itkin düşmüş şəxslərin tapılması və ailələrinə qaytarılması istiqamətində polis orqanları tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir. Həyata keçirilən son əməliyyatlar nəticəsində onlarla şəxsin yeri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən postxronika.az-a verilən məlumata görə, fevralın 7-də və 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.