Honkonqun keçmiş media maqnatı və Pekin hökumətinin əsas tənqidçilərindən olan Cimmi Lay milli təhlükəsizlik qanununu pozmaqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

Postxronika.az xəbər verir ki, 78 yaşlı milyarderə kəsilən bu cəza 2020-ci ildə qəbul edilmiş qanun çərçivəsində indiyədək verilmiş ən ağır hökmdür.

"Apple Daily" qəzetinin təsisçisi xarici qüvvələrlə əlbir olmaqda və cəmiyyətdə nifrət toxumu səpməkdə ittiham olunub. Layın övladları atasının səhhətinin pisləşdiyini əsas gətirərək, bu qərarın faktiki olaraq "ölüm hökmü" olduğunu bildiriblər. Şəhər rəhbərliyi isə maqnatın media vasitəsilə vətəndaşları zəhərlədiyini və sosial parçalanma yaratdığını iddia edib. Donald Tramp da daxil olmaqla, Qərb liderlərinin diqqət mərkəzində olan bu məhkəmə prosesi Honkonqda azad sözün sonu kimi qiymətləndirilir.