"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill klubun yeni baş məşqçi axtarışına rəsmən start verdiyini, lakin prosesin tələsik aparılmayacağını açıqlayıb.

Postxronika.az xəbər verir ki, əfsanəvi futbolçu rəhbərliyin potensial namizədləri təhlil etdiyini, lakin yekun təyinatın mövsümün sonuna qədər təxirə salındığını bildirib. Nevillin sözlərinə görə, klub rəsmiləri qısamüddətli nəticələrin strateji seçimlərə təsir etməsinə imkan verməyəcəklər. Hazırda Ruben Amorimi uğurla əvəzləyən və 4 matçda maksimum nəticə göstərən Maykl Karrikin də gələcək iddiaçılar arasında olması mümkündür. Mütəxəssis, Karrikin Tomas Tuxel və digər namizədlərlə birlikdə yayda keçiriləcək ümumi seçim prosesinə qoşulmasını ədalətli addım hesab edir.