Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silah-sursatın yığılması istiqamətində növbəti uğurlu əməliyyat və profilaktik tədbirlər həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən postxronika.az-a verilən məlumata görə, fevralın 7-də və 8-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonları və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 2 pulemyot, 1 qumbaraatan, 2 tapança, 8 qumbara, 23 tüfəng, 86 patron darağı, 5 partladıcı və 2491 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.