"Barselona" klubunun prezidenti Joan Laporta komandanın qalmaqallı Super Liqa layihəsini tərk etməsinin pərdəarxası məqamlarına aydınlıq gətirib.
Postxronika.az xəbər verir ki, funksioner ispan mətbuatına açıqlamasında bu təşəbbüsün maliyyə baxımından səmərəsiz olduğunu və yalnız xərclərdən ibarət olduğunu etiraf edib. Laporta "Real"la tərəfdaşlığın yaratdığı narahatlığı xüsusi vurğulayaraq, layihəni "qeyri-mümkün" adlandırıb. Klub rəhbəri FIFA və UEFA ilə münasibətlərin artıq yoluna qoyulduğunu və Aleksander Çeferinlə problemin həll edildiyini bildirib. O, Kataloniya təmsilçisinin rəsmi şəkildə "Avropa futbol ailəsi"nə geri döndüyünü bəyan edib.